...

Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir - İcma

Siyasət Materials 30 Noyabr 2023 10:47 (UTC +04:00)
Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir - İcma
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Litvadan olan bir qrup deputat Ermənistan-Azərbaycan sərhədinə baş çəkmiş və son vaxtlar Avropa İttifaqı ölkələrindən olan rəsmilərin Aİ-nin Ermənistandakı missiyası ilə görüşərək durbinlə Azərbaycana baxmaq kimi yersiz praktikasını davam etdiriblər.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd edilib ki, Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir:

"Yəqin ki, litvalı deputatların bir neçə il öncə litvalı diplomatların keçmiş münaqişədə əraziləri işğal olunan Azərbaycanı deyil, işğalçı Ermənistanı dini zəmində dəstəklədikləri barədə yayılmış səs yazısından xəbərdardırlar.

Litvalı deputatlara xatırladırıq ki, onların baş çəkdikləri ərazilərin əksəri azərbaycanlıların deportasiya edildiyi kəndlərdir. Səlibçi mentalitetli litvalı deputatlar Cənubi Qafqazda macəra axtarmaq, Don Kixotluq etmək əvəzinə qoy gedib öz ölkələrində sıxışdırılan etnik azlığın hüquqlarının qorunması ilə məşğul olsunlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti