Bakı. Trend:
ABŞ və əksər Avropa ölkələri əvvəlki illərdə olduğu kimi, bu gün də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə ciddi maneələr törədirlər. Həmin dairələr əvvəllər belə bəyanatlar səsləndirirdilər ki, əgər tərəflər özləri hansı razılığa gələrlərsə, biz bunu sadəcə dəstəkləyərik. Son 20 ildə biz bunu dəfələrlə eşitmişik. İndi bütün bunlar baş verib, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Ermənistanla sülh müqaviləsi imzalamaq üçün danışıqlar aparılır. ABŞ və Avropa tərəflərə dəstək vermək əvzinə, əks proses görürük.
Bu fikiləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində Milli Məclis sədrinin birinci müavini Əli Hüseyni bildirib.
Ə.Hüseynli əlavə edib ki, ABŞ və Avropa ölkələri daim bu məsələlərdə vasitəçi qismində iştirak etməklə dividendlər qazanmağa çalışıb:
“Onlar hətta vasitəçiliklə gələcəkdə bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıblar. Bu gün də həmin siyasəti davam etdirməyə cəhd edirlər. Amma Azərbaycan Prezidentinin qətiyyətli iradəsi, milli maraqlara söykənən siyasi kursu bu kimi təhdidlərin və müdaxilə cəhdlərinin qarşısını birmənalı olaraq alır. Yəni Qərb ölkələrinin Azərbaycana qarşı təzyiqləri, qərəzli mövqeyi heç bir nəticə verməyəcək”.
Əli Hüseynli onu da bildirib ki, bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normalllaşdırılması üçün heç bir vasitəçiyə ehtiyac yoxdur.
Onun sözlərinə görə, tərəflər öz aralarında görüşlər keçirir, danışıqlar aparılır və nəticələri də olacaq.
Müsahibə zamanı daha sonra bəzi regional və gündəmdə olan məsələlər müzakirə olunub. Müsahibənin tam videosunu təqdim edirik: