Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasına rəsmi səfərə gəlib.
Bu barədə Trend-ə Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat
verilib.
Çex Respublikasının paytaxtı Praqanın Vatslav Havel Beynəlxalq Hava
Limanında nümayəndə heyətini Çexiya Parlamentinin Deputatlar
Palatasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq
qrupunun rəhbəri Yan Kubik, Azərbaycanın Çexiyadakı səfiri Adış
Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə nümayəndə heyətimiz Çexiya Parlamentdə olacaq, keçirilən görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.