Bakı. Trend:
Azərbaycanda növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi vaxtı müəyyən edilib.
Trend-in məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.
Təqvim planına əsasən, sənədlər 2024-cü il yanvarın 18-dək qəbul ediləcək.
Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməsi barədə sərəncam imzalayıb. Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.