...

Müstəqil Azərbaycanda təhlükəsiz şəraitdə yaşadığımıza görə Heydər Əliyevə borcluyuq - Millət vəkili

Siyasət Materials 11 Dekabr 2023 12:09 (UTC +04:00)
Müstəqil Azərbaycanda  təhlükəsiz şəraitdə yaşadığımıza görə Heydər Əliyevə borcluyuq - Millət vəkili
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq. Bir sözlə, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi ulu öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövlət, müstəqil Azərbaycanı miras qoydu.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ölkəmizdə dinamik inkişaf, sürətli tərəqqi ilə müşayiət edilib.

“Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi olduqca mürəkkəb tarixi bir dövrə təsadüf edib. Keçən əsrin 60-cı illərində Azərbaycan digər sovet respublikaları ilə müqayisədə iqtisadiyyatın bir çox sahələrində inkişaf baxımından geridə qalır və ölkənin potensialından lazımi səviyyədə istifadə olunmurdu. Məhz belə bir mürəkkəb mərhələdə Heydər Əliyevin hakimiyyətə gəlməsi iqtisadi dirçəlişin əsasını qoydu.

Heydər Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi, Azərbaycan öz inkişafında yeni mərhələyə qədəm qoydu”, - deyə deputat bildirib.

O qeyd edib ki, böyük tarixi şəxsiyyət olan Heydər Əliyev Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub gedib.

“Azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

Bu gün heç kəsə sirr deyil ki, müstəqilliyimizin ilk illərində pərən-pərən düşmüş xalqı vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək, siyasi xaosu aradan qaldırmaq, qanunsuz silahlı dəstələrin özbaşınalğının qarşısını almaq, xalqı düşdüyü ağır sosial-iqtisadi böhrandan çıxarmaq, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini gücləndirmək və ən əsası erməni işğalını dayandırmaq Azərbaycanın müstəqilliyinin və bir dövlət kimi mövcudluğunun qorunub saxlanması üçün həyati əhəmiyyət kəsb edirdi. Azərbaycan xalqı üzləşdiyi çətinlikləri, başına gətirilən bəlaları məhz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırdı, müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi. Belə ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitinə son qoyuldu, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldı.

Bütün bunlara görədir ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir”, - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, ulu öndər 1993-cü ildə hakimiyyətə gəldiyi ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı.

Böyük şəxsiyyət olaraq ilk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı, bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.

Elə bu səbəbdəndir ki, Heydər Əliyev ideyaları bu gün də yaşayır və qalib gəlir. Çünki Ulu öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti