...

Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli yer tutur (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 11 Dekabr 2023 19:19 (UTC +04:00)
Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli yer tutur (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Serbiya münasibətləri böyük tarixə malikdir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, iki dövlət arasındakı əlaqələr hər zaman yüksək səviyyədə olub.

"Serbiya Azərbaycanın strateji tərəfdaşıdır. Bu aspektdən də iki ölkə arasındakı münasibətlərin indiki səviyyədə olması prinsip etibarı ilə təəccüb doğurmur.

İndiki halda ölkəmizin Serbiya ilə münasibətlərinin inkişafı Şərqi Avropada mövqelərimizin möhkəmləndirilməsi aspektindən də mühüm əhəmiyyət kəsb edir. Bəlli olduğu kimi, Avropanın enerji təhlükəsizliyində ölkəmiz önəmli yer tutur. Bu prosesdə Serbiya da aktiv şəkildə öz iştirakını ortaya qoyur", - deyə o, vurğulayıb.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti