Bakı. Trend:
Mərkəzi Seçki Komissiyası jurnalistlərə xüsusi mükafat verəcək.
Trend-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, hansı media qurumu azad edilən ərazilərdən, Xankəndidən, Xocalıdan ilk məlumatı versə, həmin media qurumuna xüsusi mükafat veriləcək.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.