...

Azərbaycanın Polşadakı səfirliyi Prezident seçkiləri ilə bağlı MÜRACİƏT EDİB (FOTO)

Siyasət Materials 21 Dekabr 2023 14:19 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi Prezident seçkiləri ilə bağlı MÜRACİƏT EDİB (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Polşadakı səfirliyi 2024-cü il fevralın 7-də baş tutacaq Prezident seçkiləri ilə əlaqədar orada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Trend xəbər verir ki, bu barədə səfirliyin "X" sosial media hesabında bildirilib.

Qeyd edilib ki, seçkilərdə iştirak etmək məqsədilə 18 yaşını tamamlamış aktiv seçici hüququna malik Azərbaycan vətəndaşlarının adı seçicilər siyahısına daxil edilməlidir.

"Polșada yaşayan bütün Azərbaycan vətəndaşlarından seçicilər siyahısında qeydiyyata alınmaları üçün așağıda qeyd olunan məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunub:

1. Soyadı, adı, atasının adı
2. Doğulduğu il, ay və gün.
3. Daimi və ya müvəqqəti yașadığı və ya olduğu yerin ünvanı.

Bu il dekabrın 26-dək məlumatları göndərməyən vətəndaşların adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaq", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti