...

Azərbaycanda COP29-un keçirilməsi geniş rezonans doğurub - hətta "The Guardian"ın səhifələrində belə

Siyasət Materials 5 Yanvar 2024 22:47 (UTC +04:00)
Azərbaycanda COP29-un keçirilməsi geniş rezonans doğurub - hətta "The Guardian"ın səhifələrində belə
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hətta BMT Baş Assambleyasının iclaslarını belə miqyasda üstələyən COP29 beynəlxalq konfransını Azərbaycanda keçirilməsi ilə bağlı qərar Azərbaycanın geosiyasi statusunun yüksəldiyini və Prezident İlham Əliyevin xarici siyasət strategiyasının kalibrlənməsini nümayiş etdirdi.

Rezonans o qədər genişdir ki, hətta hər zaman ölkəmizi və uğurlarımızı bəyənməməsi ilə seçilən Britaniyanın “The Guardian” qəzeti də bu hadisəyə göz yuma bilməyib. Qəzet xüsusilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29-un prezidenti təyin olunması ilə bağlı xəbərlərə münasibət bildirib və onun ətraf mühitin mühafizəsi sahəsində xidmətlərini vurğulayıb.

"Muxtar Babayev üç il SOCAR-ın ekologiya üzrə vitse-prezidenti vəzifəsində çalışıb və bu müddət ərzində Azərbaycanın çirklənmiş torpaqlarının bərpası işlərinə nəzarət edib", - deyə nəşr qeyd edib.

Jurnalistlər onu da vurğulayıblar ki, M.Babayev nazir təyin olunduqdan sonra Azərbaycan tarixində ilk ekoloji konfrans keçirib. "O, ətraf mühitin mühafizəsini bütün azərbaycanlıların “ümumi missiyası və mənəvi imperativi” adlandırıb", - deyə məqalədə deyilir.

“The Guardian” vurğulayıb ki, BMT də M.Babayevin təyin edilməsi qərarını yüksək qiymətləndirib. “BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı Katibi Saymon Still bu təyinatı alqışlayıb və öz komandasını uğurlu COP29-nu həyata keçirmək üçün Muxtar Babayevlə işləməyə çağırıb”, - deyə məqalədə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti