...

Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə YENİ TƏYİNAT

Siyasət Materials 28 Fevral 2024 14:52 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Trend xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sözügedən vəzifəyə Ərəstü Həbibbəyli təyin edilib.

Xatırladaq ki, o, bu təyinatadakək 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ərəstü Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti