...

Fransa Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasında əsas maneələrdən biridir - RƏY

Siyasət Materials 4 Aprel 2024 16:00 (UTC +04:00)
Fransa Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasında əsas maneələrdən biridir - RƏY
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa əlindən gələni edir ki, Cənubi Qafqazdakı proseslərdə iştirak etsin, eyni zamanda, Azərbaycana qarşı öz təzyiqlərini artırsın.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, buna ötən dövrlərdə ikitərəfli və çoxtərəfli müstəvilərdə şahid olunub.

"Aprelin 2-də Fransanın xarici işlər nazirinin ABŞ Dövlət katibi ilə konfransında Azərbaycan qarşı səsləndiriyi iddialar heç bir məntiqə sığmır. Biz həm də onu müşahidə edirik ki, informasiya kontekstində də hücumlar olunur.

Elə bir fon yaratmağa çalışırlar ki, guya Azərbaycan bölgədə aqressiv siyasət yürüdür. Azərbaycanın əsas məqsədi sülh, sabitlik və təhlükəsizliyin əldə olunmasında siyasi və diplomatik vasitələrdən istifadə etməkdir. Çünki bu vasitələr hələ də tükənməyib və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi fürsət yaranıb.

Təəssüflər olsun ki, Fransa dövləti öz neomüstəmləkəçi siyasətini inkişaf etdirir. Yaxşı olardı ki, Fransa öz keçmişinə və nəzarətində saxladığı ərazilərdə törədilən qanlı cinayətlərə nəzər salsın. Bu gün Fransanın dənizaşırı ərazilərdə və müstəmləkəçilik siyasətinin icra olunduğu bölgələrdə repressiv metodlardan istifadə olunur. Belə olan halda Fransa digər dövlətlərə demokratiya dərsi keçir. Bu gün Fransa Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında əsas maneələrdən biridir", - deyə İ.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti