...

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə mövcud regional vəziyyəti müzakirə edib (FOTO)

Siyasət Materials 15 Aprel 2024 00:32 (UTC +04:00)
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə mövcud regional vəziyyəti müzakirə edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüşüb.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında məlumat yer alıb.

“Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər”, – məlumatda deyilir.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov aprelin 14-də Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti