...

Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib (VİDEO)

Siyasət Materials 22 Aprel 2024 10:29 (UTC +04:00)
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib (VİDEO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.

Təlimdə heyətlər tərəfindən "İqla-S" daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti