...

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin region üçün müsbət nəticələri olacaq - Hakan Fidan

Siyasət Materials 22 May 2024 18:37 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması bütün region üçün müsbət nəticələnəcək.

Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında çıxışında deyib.

Azərbaycanın torpaqlarını 30 illik erməni işğalından azad edərək Cənubi Qafqazda davamlı sülhə yol açmasından çox məmnun olduqlarını bildirən Fidan Ermənistanın işğal edilmiş 4 kəndin Azərbaycana qaytarmasının, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mayın 11-də Qazaxıstanın Almatı şəhərində keçirilən görüşünün müsbət hal olduğunu qeyd edib.

"Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanacağı təqdirdə bu, təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət nəticələnəcək", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti