Bakı. Trend:
Mayın 27-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən xəbərə görə, qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki
əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bu
sahədə qazanılan beynəlxalq təcrübə barədə ətraflı məlumat
verilib.
Serbiyalı nümayəndələr öz növbələrində CIMIC proqramının
əhəmiyyətini qeyd edib və bu istiqamətdə görülən işlərdən
danışıblar.
Sonda təqdim olunan brifinqlər ətrafında müzakirələr aparılıb və
qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.