...

Biz Fransa müstəmləkəçiliyindən azad olmağa çalışırıq - “Tavini” partiyasının üzvü

Siyasət Materials 30 May 2024 16:04 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz Fransa müstəmləkəçiliyindən azad olmağa çalışırıq ki, müstəqilliyimizi əldə edək. Biz öz mədəni irsimizin qorunması üçün mübarizə aparırıq.

Trend-in məlumatına görə, bunu bu gün Fransız Polineziyasının “Tavini” partiyasının üzvü Rui Uretevi Paya Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfransda deyib.

O qeyd edib ki, azadlıq uğrunda mübarizədə onların dəstəyə ehtiyacı var.

“Azadlıq bizə imkan verəcək ki, öz unikal irsimizi qoruyaq və xalqımızın öz maraqlarına uyğun hərəkət edək. Bizim tam olaraq azad olmaq üçün sizin dəstəyinizə ehtiyacımız var.

Biz istəyirik ki, ədalətli şəkildə müstəmləkəçiliyə son qoyulsun. Bütün xalqların öz gələcəklərini azad şəkildə müəyyən etmək hüququ var. Bakı Təşəbbüs Qrupuna təşəkkür edirik ki, bizə öz fikirlərimizi səsləndirməyə şərait yaradıblar. Gəlin xalqların, insanların harmoniyada yaşadığı bir cəmiyyət quraq”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti