Bakı. Trend:
Seçiciyə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb.
Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.
Təqvim planına əsasən, vəsiqələr dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45–25 gün qalanadək, 2024-cü il iyulun 18-dən 2024-cü il avqustun 7-dək təqdim edilməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.