...

Ermənistan konstitusiyasında ərazi bütövlüyümüzə qarşı iddiaların aradan qaldırılması ilə bağlı lazımi adekvat addımların atılması zəruridir - XİN

Siyasət Materials 19 Sentyabr 2024 12:44 (UTC +04:00)
Ermənistan konstitusiyasında ərazi bütövlüyümüzə qarşı iddiaların aradan qaldırılması ilə bağlı lazımi adekvat addımların atılması zəruridir - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın regionumuzun təhlükəsizliyi və tərəqqisi naminə sülh prosesinin təşəbbüskarı olduğu və bu istiqamətdə həqiqi səylər göstərdiyi məqamda Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların qalması qəbuledilməzdir və Ermənistan tərəfindən tarixi sülh fürsətinin əldən verilməməsi üçün sözügedən iddiaların aradan qaldırılması istiqamətində tezliklə lazımi adekvat addımların atılması zəruridir.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin 19 sentyabr tarixli bəyanatına dair şərhində deyilir.

"Azərbaycan xalqı və dövləti üçün bu tarixi önəmli gündə bir daha Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən vətən övladlarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik.

Şanlı Silahlı Qüvvələrimizlə fəxr edir, dövlətimizin və xalqımızın hər zaman müzəffər olmasını diləyirik!", - deyə şərhdə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti