...

Bakı konfransı Fransa neokolonializmi ilə mübarizə aparmaq üçün çox yaxşı bir yoldur - Brahim Ramdhane

Siyasət Materials 3 Oktyabr 2024 13:37 (UTC +04:00)
Bakı konfransı Fransa neokolonializmi ilə mübarizə aparmaq üçün çox yaxşı bir yoldur - Brahim Ramdhane
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu konfrans Fransa neokolonializmi ilə mübarizə aparmaq üçün çox yaxşı bir yoldur.

Trend xəbər verir ki, bu barədə Mavritaniyadan olan fəal Brahim Ramdhane jurnalistlərə açıqlamasında deyib.

“Fransa hələ də orada olduğu üçün Mavritaniya hökuməti Fransanın siyasətini izləyir. Biz gündəlik ünsiyyətimizdə, işimizdə fransız dilindən istifadə edirik. Bizim təbii sərvətlərimiz Fransa tərəfindən oğurlanır. Beləliklə, biz müstəqilik, lakin azad deyilik. Fransanın sərvətlərimizi talaması iqtisadiyyatımıza çox ciddi təsir edir. Biz kiçik, amma zəngin ölkəyik. Lakin Fransanın bu davranışları bizi kasıb ölkə edir.

Hesab edirəm ki, Bakı Təşəbbüs Qrupu bir yerdə olmağımız üçün yaxşı vasitədir”, - deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti