...

Lavrovun Azərbaycan XİN rəhbərinə yazdığı iddia edilən saxta məktub siyasi sifarişdir - Rusiya XİN

Siyasət Materials 13 Yanvar 2025 22:21 (UTC +04:00)
Lavrovun Azərbaycan XİN rəhbərinə yazdığı iddia edilən saxta məktub siyasi sifarişdir - Rusiya XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova yazdığı iddia edilən saxta məktubu siyasi sifarişdir və “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.

"İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış saxta məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır. Bu, emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulmuş primitiv saxtakarlığın nümunəsidir.

Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır.

Xatırladaq ki, təyyarə qəzasının səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Dekabrın 28-də Lavrov və Bayramov arasında telefon danışığı baş tutub və nazirlər Rusiya və Azərbaycan prezidentlərinin bu faciəli hadisənin hərtərəfli araşdırılmasının təmin edilməsinin zəruriliyi barədə razılıqlarını təsdiq ediblər.

Saxta məlumatlara etibar etməməyi tövsiyə edirik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi materialları və bəyanatları, Lavrovun çıxışlarının stenoqramları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki hesablarında yerləşdirilir", - deyə Rusiya XİN bildirib.

Xəbər lenti

Xəbər lenti