...

Qambiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

Siyasət Materials 22 Yanvar 2025 12:40 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qambiya Respublikasının Prezidenti Adama Barrou Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Keçən il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsi ilə əlaqədar Qambiya Hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan Hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə və bu faciə nəticəsində zərər çəkmiş insanlarladır. Bu çətin anlarda Qambiya Hökumətinin mənəvi dəstəyi sizinlədir.

Həyatını itirənlərin ruhları şad olsun. Sizə bu ağrı-acılı günlərdə səbir diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti