Bakı. Trend:
5 961 987 seçicinin 5 846 məntəqədə səs verməsi üçün tam şərait yaradılıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, məntəqələrdən 5 734-ü daimi, 112-si isə müvəqüəti məntəqələrdir:
“Seçki Məcəlləsinin tələbinə uyğun olaraq 5 günlük məntəqələr yaradılır. 86 185 nəfər müvəqqəti məntəqələrdə səs verəcək”.
Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 92 namizəd mübarizə aparır.