...

Lavrov Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb

Siyasət Materials 10 Fevral 2025 23:14 (UTC +04:00)
Lavrov Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Ukrayna üzrə danışıqlara hazırdır, bu danışıqlar zamanı Rusiyanın qanuni maraqları təmin edilməlidir, lakin başqalarının maraqları hesabına deyil.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Diplomatik İşçi Gününə həsr olunan təntənəli toplantıda çıxışı zamanı deyib.

"Prezident Vladimir Putinin dəfələrlə dediyi kimi, Rusiya danışıqlara hazırdır, danışıqlar zamanı bizim qanuni milli maraqlarımız təmin edilməlidir. Başqalarının maraqları hesabına deyil, heç kimə toxunulmayacağı hərtərəfli təhlükəsizlik sistemi haqqında saziş kontekstində olmalıdır", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti