...

Biz enerji sahəsində Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirməkdəyik - Bayraktar

Siyasət Materials 5 Mart 2025 18:12 (UTC +04:00)
Biz enerji sahəsində Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirməkdəyik - Bayraktar
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ankara. Trend:

Biz enerji sahəsində Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirməkdəyik.

Trend xəbər verir ki, bunu Türkiyənin enerji naziri Alparslan Bayraktar İğdır-Naxçıvan qaz kəmərinin işə salınma mərasimində bildirib.

“Türkiyə Azərbaycanla birlikdə neftin qlobal tədarüklərində, həmçinin təbii qazın Avropaya tədarükündə mühüm rol oynayır. Ümidvarıq ki, bugünkü layihənin sayəsində bütün Naxçıvan əhalisinin təbii qaza olan tələbatları İqdır vasitəsilə ödənilsin. Ölkələrimiz arasında olan bu qırılmaz bağlar, enerji əlaqələrinin sayəsində daha da möhkəmlənəcək. Ümid edirik ki, növbəti layihəmiz Naxçıvandan Türkiyəyə elektrik verilişi xətti olacaq. Güman edirəm biz bunu gerçəkləşdirə biləcəyik”, -deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti