...

XII Qlobal Bakı Forumu çərçivəsində "Gender - Təhlükəsizlik - İqlim: qarşılıqlı əlaqə" mövzusunda panel müzakirəsi baş tutub (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Mart 2025 12:02 (UTC +04:00)
XII Qlobal Bakı Forumu çərçivəsində "Gender - Təhlükəsizlik - İqlim: qarşılıqlı əlaqə" mövzusunda panel müzakirəsi baş tutub (FOTO) (ƏLAVƏ OLUNUB)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

XII Bakı Qlobal Forumu çərçivəsində Bakıda “Gender – təhlükəsizlik – iqlim: qarşılıqlı əlaqə" mövzusunda panel müzakirəsi baş tutub.

Trend xəbər verir ki, panel müzakirəsində çıxış edən Yunanıstanın keçmiş baş-naziri Qeorqios Papandreu bildirib ki, qadınlar ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş proseslərin işə salınmasında və rəhbərliyində mühüm rol oynamalıdırlar.

“Ekoloji siyasətə, cəmiyyətə gətirməli olduğumuz böyük dəyişikliklərə bizim cəmiyyətlərdəki, bizim ailələrdəki qadınların başçılıq etməsi vacibdir”, -deyə o vurğulayıb.

Papandreu eyni zamanda qeyd edib ki, ekoloji problemlər daha çox qadınlra və digər həssas qruplara təsir edir, belə ki, cəmiyyətdə daha zəif mövqe tutduqlarına görə, onlar daha həssas olurlar.

“Yerli səviyyədə konkret ölçülər tətbiq etmək vacibdir. Bunu təkcə qadınların vəzifə tutmaq imkanı olsu deyə yox, həm də onların işinə dəstək olmaq üçün etmək lazımdır. Çox vaxt məhz onlar cəmiyyətə dayaq olurlar, təhsil, həmçinin uşaqların tərbiyələndirilməsini təmin edirlər”, - deyə o bildirib.

Öz növbəsində, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviyanın prezidenti olmuş Vayra Vike-Freyberqa qeyd edib ki, qadınlar gender, təhlükəsizlik və iqlimlə bağlı problemlərin həllində mühüm rol oynayırlar.

“Qadınlar onlara əxlaqi dəyərləri və məsuliyyətliliyi ötürməklə gələcək nəsillərin formalaşdırılmasında həlledici rol oynayır”, - deyə o bildirib.

Onun sözlərinə görə, dünyada baş verən istənilən dəyişikliklər qadınlara ta toxunur, belə ki, qadınlar dünya əhalisinin yarasını təşkil edir. İqlim dəyişikliyi probleminə gəldikdə, o bildirib ki, qadınlar risk qrupuna daxildirlər və iqlim dəyişikliyinin böyük təsirlərinə məruz qalırlar.

“Bu məsələnin həllində vacib addım xüsusilə iqlim dəyişikliklərinə daha həssas olan üç regionda iqlim dəyişikliklərinin qadınlra təsirinin minimallaşdırılması üzrə riskləri daha dəqiq şəkildə dəyərləndirməyə və müvafiq strategiya hazırlamağa kömək edəcək məlumatların toplanması və təhlilidir”,- deyə V.Vike-Freyberqa əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti