...

Azərbaycanla bərpa olunan enerji sahəsində gələcək əməkdaşlıqlar istisna olunmur - İrlandiyalı sabiq nazir (ÖZƏL)

Siyasət Materials 15 Mart 2025 18:00 (UTC +04:00)
Azərbaycanla bərpa olunan enerji sahəsində gələcək əməkdaşlıqlar istisna olunmur - İrlandiyalı sabiq nazir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığımız olmasa da, gələcəkdə bu sahədə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək istisna olunmur.

Bunu Trend-ə XII Qlobal Bakı Forumu çərçivəsində İrlandiyanın sabiq Rabitə, İqlim Fəaliyyəti və Ətraf Mühit naziri Denis Noten açıqlamasında deyib.

O, İrlandiyanın dənizdə bərpa olunan enerji sahəsinin inkişafı baxımından çox böyük təşəbbüsləri olduğunu diqqətə çatdırıb: "Düzdü, quruda da bərpa olunan enerji sahəsində irəliləyişlərə nail olmuşuq, lakin bu sektorda texnoloji həlləri daha çox dənizdə tətbiq edirik.

İrlandiya hazırda bir sıra Şimal-Qərbi Avropa ölkələri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq edir. Biz Gələcək onilliklər ərzində enerji tələbatını ödəmək üçün daha müasir, çağırışlara cavab verən yeni texnologiyalar üzərində işləyirik".

"Hazırda Azərbaycanla bu sahədə əməkdaşlıq planımız olmasa da, Avropadakı həmkarlarımızlabirlikdə külək enerjisində texnologiyaların tətbiqi ilə bağlı ortaq fəaliyyətimiz mövcuddur.
Lakin gələcəkdə bərpa olunan enerji sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarımızı nəzərdən keçirmək istisna olunmur", - D. Noten vurğulayıb.

Sabiq nazir, həmçinin Qlobal Bakı Forumunda olmaqdan məmnunluğunu bildirib və gözləntilərini bölüşüb: "Mən bu həftə forumda dünya incəsənət və elm akademiyasınınqonağı kimi iştirak edirəm.

Bu üç gün ərzində Bakıda sabiq və hazırda fəaliyyətdə olan dünyanın bir çox ölkələrindən qatılan liderləri ilə qarşılaşdım. Burada dünya əhəmiyyətli bir sıra məsələlərin müzakirə aparılır. Çox maraqlı müzakirələr aparılır. Sabiq və hazırkı liderlər çağırışlara və xüsusən də bu gün mövcud olan qlobal geosiyasi çağırışlarla bağlı fikir mübadiləsi aparırlar. Oblar daha konstruktiv dünya nizamı yaratmaq üçün birlikdə necə işləyəcəyimizi və yeni mexanizmlər hazırlayacağımızı, əslində necə çalışmalı olduğumuzu göstərirlər. Təkcə dünyanın hər yerindən olan həmkarlar ilə əlaqə saxlamaq və təqdimatları dinləmək deyil, keçmişdə təmsil etdiyimiz və ya bu gün öz ölkələrimizdə təmsil etdiyimiz insanlar üçün daha müsbət nəticə əldə etmək baxımından daha konstruktiv şəkildə necə birlikdə işləyə biləcəyimizi görmək çox maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti