...

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Siyasət Materials 29 Mart 2025 16:54 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Ramazan bayramı ilə bağlı təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.

İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.

Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti