...

Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib (FOTO)

Siyasət Materials 31 Mart 2025 14:08 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabındakı paylaşımda bildirilib:

“31 mart 1918-ci il tarixdə erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdiyi dəhşətli qətliamın ildönümündə, faciə qurbanlarının xatirəsini dərin hüzn və hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik”.

Qeyd edək ki, bu gün 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından 107 il ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti