...

Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması üçün tutulan dövlət rüsumunun dərəcəsi müəyyən edilib

Siyasət Materials 8 Aprel 2025 12:32 (UTC +04:00)
Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması üçün tutulan dövlət rüsumunun dərəcəsi müəyyən edilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması üçün tutulan dövlət rüsumunun dərəcəsi müəyyən edilib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.

Qanuna əsasən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 2.0.8-3-cü və 20-5-ci maddələr əlavə edilir:

"2.0.8-3. təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması;";

“Maddə 20-5. Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

1

2

Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılmasına görə

100 manat

Xəbər lenti

Xəbər lenti