...

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionun çiçəklənməsini təmin edəcək - Sent-Endrüz Universitetinin professoru (ÖZƏL)

Siyasət Materials 9 Aprel 2025 15:55 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionun çiçəklənməsini təmin edəcək - Sent-Endrüz Universitetinin professoru (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionun çiçəklənməsini təmin edəcək.

Bunu Trend-ə Böyük Britaniyanın Sent-Endrüz Universitetinin professoru Rik Fon (Rick Fawn) verdiyi açıqlamada bildirib.

“Hamı hərtərəfli və razılaşdırılmış sülh sazişinin imzalanacağına ümid edir. Əminəm ki, bu, böyük sevinc üçün bir səbəb olardı, belə ki, regionda əlaqələrin möhkəmlənməsinə yol aça bilərdir. Münaqişəsi, heç şübhəsiz, onillər ərzində Ermənistanın regional inkişafdan kənarda qalması ilə nəticələnib. Buna görə də bütün regionun çiçəklənməsinə vəsilə olacaq dayanıqlı və həqiqi sülhün əldə olunması bir çox insanların maraqlarına cavab verir”, - deyə o bildirib.

Professorun sözlərinə görə, Azərbaycanda beynəlxalq forumlarda iştirak xarici ekspertlərə ölkənin və bütövlükdə regionun nailiyyətləri ilə tanış olmaq kimi unikal bir imkan yaradıb.

“Mən artıq bu cür sessiyalarda iştirak etmişəm və hər dəfə bu, beynəlxalq qonaqlar üçün əla fürsət olub. Dünən biz görülmüş işlərin nəticələri ilə tanış olmaq və infrastrukturun daha da inkişaf etməsinə şahidlik etmək imkanı əldə etdik”, – deyə Rik Fon əlavə edib.

O, azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işlərinin aparıldığını qeyd edib.

“Forum çərçivəsində biz Qarabağ Universitetində də olduq. Möhtəşəm bir sessiya baş tutdu. Hamı bu cür təhsil müəssisəsinin fəaliyyətinin belə tez təşkil olunmasına heyran qaldı. Biz hazırda orada təhsil alan minlərlə tələbədən bir çoxu ilə görüşdük”, - deyə Rik Fon vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti