Bakı. Trend:
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu il üçün 5-ci iclası keçirilib və təxminən 100-ə yaxın müraciətə baxılıb.
Bu sözləri Trend-ə açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib.
O bildirib ki, iclasda əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin, həmçinin məhkum olunmuş əcnəbilərin və qadınların müraciətlərinə baxılıb.
"İclasda hər bir müraciət əsasında qərarlar qəbul olundu. Komissiya öz işini davam etdirəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, bundan öncə komissiyanın dörd iclası baş tutub və həmin iclaslarda 400-dən çox müraciətə baxılıb.