Bakı. Trend:
Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - deyə nazirlik bildirib.