...

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi təşkilatın baş katibinə məktub göndərib

Siyasət Materials 24 Aprel 2025 05:53 (UTC +04:00)
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi təşkilatın baş katibinə məktub göndərib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev dünya təşkilatının Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ermənistan nümayəndəsinin qızışdırıcı ritorikasına diqqət çəkib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, xüsusilə, beynəlxalq terrorçuların, hərbi cinayətkarların və irqçi ideoloqların alqışlandığı, milli qəhrəman kimi təbliğ edildiyi uzunmüddətli və dərin köklü etnik eksklüzivlik və dözümsüzlük siyasətini həyata keçirən monoetnik dövlət olan Ermənistanın İrqi ayrı-seçkiliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü münasibətilə keçirilən anım sessiyasında könüllü olaraq çıxış etməsi olduqca ironikdir:

“Əslində, gözlənildiyi kimi, belə bir çıxış Ermənistana tamamilə əks təsir bağışlayıb. Çünki bir tərəfdən onun rəhbərliyinin barışdırıcı bəyanatları, digər tərəfdən isə eyni ölkənin BMT-dəki nümayəndəsinin qızışdırıcı ritorikası arasında açıq-aşkar uyğunsuzluq üzv dövlətləri çaşqın və anlaşılmaz vəziyyətə salır”, - məktubda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti