...

Azərbaycan və Aİ arasında minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirmək lazımdır - Ceyhun Bayramov

Siyasət Materials 25 Aprel 2025 13:38 (UTC +04:00)
Azərbaycan və Aİ arasında minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirmək lazımdır - Ceyhun Bayramov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Aİ arasında minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirmək lazımdır.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə mətbuat konfransı zamanı deyib.

"Bizim üçün digər vacib məsələ işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasıdır. Bu proses gedir. Hörmətli Aİ nümayəndəsinə genişmiqyaslı quruculuq işləri, yeni şəhərlərin, kəndlərin, iki beynəlxalq hava limanının tikintisi barədə məlumat verdim. Yaxın vaxtlarda üçüncü hava limanının da istifadəyə verilməsi gözlənilir. Amma ən ciddi problem minalar olaraq qalır", - o deyib.

Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında mina təhlükəsi ilə mübarizə sahəsində artıq əməkdaşlıq mövcuddur.

"Hesab edirik ki, bunu genişləndirmək və böyük birgə layihələr həyata keçirmək lazımdır. Bu, ölkəmizin maraqlarına uyğundur və gələcək əməkdaşlığa ümid edirik", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti