Bakı. Trend:
Azərbaycan və ATƏT işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərini müzakirə ediblər.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, görüş zamanı baş katibə ölkə üçün prioritet mövzu olan işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.
"Paralel olaraq onlarla şəhər, qəsəbə və kənddə aktiv quruculuq işləri davam etdirilir. Hər ay keçmiş məcburi köçkünlərin mərhələli şəkildə, qrup şəklində öz doğma yurdlarına qayıtması həyata keçirilir", - Bayramov bildirib.