...

Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Siyasət Materials 21 May 2025 13:06 (UTC +04:00)
Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Trend Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının əhəmiyyəti qeyd edildi.

Ölkəmizin beynəlxalq səviyyəli idman yarışlarına böyük uğurla ev sahibliyi etməsi xüsusi vurğulanaraq minifutbol üzrə dünya çempionatının da yüksək standartlara uyğun təşkil ediləcəyinə əminlik ifadə olundu.

İdmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyi bildirildi, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə söhbət açıldı.

Söhbət zamanı ölkəmizdə minifutbolun inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər təqdir edildi, bu sahədə əməkdaşlıq məsələləri müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti