...

İƏT Azərbaycanın islamofobiya ilə mübarizəyə sadiqliyini yüksək qiymətləndirir - Baş katib

Siyasət Materials 26 May 2025 11:13 (UTC +04:00)
İƏT Azərbaycanın islamofobiya ilə mübarizəyə sadiqliyini yüksək qiymətləndirir - Baş katib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın islamofobiya ilə mübarizədə kollektiv səylərin möhkəmləndirilməsinə olan dəyişməz sadiqliyini yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bu barədə İƏT baş katibi İbrahim Tahanın Bakıda Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününün 3-cü il dönümünə həsr olunmuş “İslamafobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransında İslam Əməkdaşlıq Təşkilatının baş katibinin İslamofobiya məsələləri üzrə xüsusi nümayəndəsi Mehmet Paçacı tərəfindən oxunmuş bəyanatında deyilir.

“Azərbaycan Respublikası mütəmadi olaraq belə yüksək səviyyəli beynəlxalq konfranslar keçirməklə nümunəvi liderlik nümayiş etdirir”, - deyə o qeyd edib.

H.İ.Tahanın sözlərinə görə, bu cür tədbirlər islamofobiyanın və hər cür ksenofobiyanın kökündən yolverilməz olduğunu, dini önyarğılardan qidalanan nifrət və dözümsüzlüyün isə xüsusilə dağıdıcı zorakılığa çevrilə biləcəyini xatırladan həyati əhəmiyyətli bir ismarıcdır.

“Ümid edirik ki, bu konfrans xüsusilə dünyanın bir çox regionlarında islamofobik insidentlərin artması, nifrət zəminində törədilən cinayətlərin, təqiblərin və sistemli ayrıseçkiliyin çoxalması fonunda bu bəla ilə mübarizədə konkret nəticələrə gətirib çıxaracaq”, - deyə baş katib vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti