Bakı.Trend:
Kolonial keçmiş üçün üzr istəmək sadəcə təəssüf ifadəsi ilə məhdudlaşmamalıdır, həmçinin sistemli dəyişikliklərin bir hissəsinə çevrilməlidir.
Trend xəbər verir ki, bunu Almaniyanın ISCTE Universitetinin Beynəlxalq Tədqiqatlar Mərkəzinin elmi əməkdaşı Abbas İsmayıl Bakıda keçirilən “Belçika kolonializmi: tanınma və məsuliyyət” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sadəcə bəyanatlarla kifayətlənmək yox, struktur dəyişikliklərinə və real məsuliyyətə keçmək vacibdir.
“Üzr istəmək də, təzminatlar da çox önəmli məsələdir. Burada məqsəd Belçika kolonializminin hökm sürdüyü Konqo Demokratik Respublikası, Ruanda və digər ölkələrin xalqları qarşısında günahın yuyulmasıdır”,- deyə Abbas İsmayıl vurğulayıb.
 
                                    