...

Naxçıvan regional iqtisadi diplomatiyanın yeni platformasına çevrilir - Ceyhun Cəlilov

Siyasət Materials 3 Dekabr 2025 21:38 (UTC +04:00)
Naxçıvan regional iqtisadi diplomatiyanın yeni platformasına çevrilir - Ceyhun Cəlilov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında keçirilən “2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun bölgənin strateji əhəmiyyətinin artdığını bildirib.

Trend xəbər verir ki, onun sözlərinə görə, Naxçıvan Türk dünyasının mühüm coğrafi mərkəzlərindən biri kimi bu gün həm də yeni iqtisadi əməkdaşlıq platformasına çevrilir.

“Forum dövlət başçılarının müəyyən etdiyi kursun ardıcıl davamıdır və iki ölkənin siyasi birliyi iqtisadi tərəfdaşlığı daha da gücləndirir,” – deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti