...

ABŞ-dən olan bir çox şirkətlər Azərbaycanı strateji tərəfdaş kimi nəzərdən keçirir

Siyasət Materials 10 Fevral 2026 10:07 (UTC +04:00)
ABŞ-dən olan bir çox şirkətlər Azərbaycanı strateji tərəfdaş kimi nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin bir çox şirkətləri Azərbaycanı strateji tərəfdaş kimi nəzərdən keçirir.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən brifinq zamanı ABŞ Ticarət Palatasının (U.S. Chamber of Commerce) Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Mill bildirib.

“Nümayəndə heyətinə daxil olan bir çox şirkət, sizin də qeyd etdiyiniz kimi, Azərbaycanı sadəcə satış bazarı deyil, strateji tərəfdaş kimi görür. Xüsusilə də nəzərə alsaq ki, şirkətlər buraya gəlmək və hökumət və özəl sektor nümayəndələri ilə görüşərək ölkədə iki-üç gün keçirmək üçün vəsait yatırıb”, – deyə o bildirib.

Milin sözlərinə görə, Amerika şirkətlərinin həm hökumət, həm də özəl sektor, eləcə də ünsiyyətdə olduqları bütün insanlar tərəfindən səmimi qarşılanması böyük minnətdarlıq doğurur.

“Biz bu qədər gərgin dövrdə təkcə yüksək vəzifəli nazirlərin deyil, həm də müxtəlif agentliklərin rəhbərlərinin ayırdığı vaxta dəyər veririk. Məhz burada əlaqələr və imkanlar formalaşır. Burada birgə fəaliyyət istiqamətlərini müzakirə etmək, zəruri islahatlar və ya şirkətlərin səmərəli fəaliyyət göstərə bilməsi üçün həlli vacib olan texniki məsələlər barədə fikir mübadiləsi aparmaq mümkündür”, – deyə o əlavə edib.

Millin sözlərinə görə, Amerika şirkətlərinin həm hökumət, həm də özəl sektor, eləcə də ünsiyyətdə olduqları bütün insanlar tərəfindən səmimi qarşılanması böyük minnətdarlıq doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti