...

Ramiz Mehdiyev 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb

Siyasət Materials 12 Fevral 2026 13:06 (UTC +04:00)
Ramiz Mehdiyev 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Trend xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib. Ötən gün həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti