...

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

Siyasət Materials 13 Fevral 2026 22:31 (UTC +04:00)
Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Münxen. Trend:

Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində deyib.

“Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti