...

Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənib – Deputat

Siyasət Materials 16 Fevral 2026 16:10 (UTC +04:00)
Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənib – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına iştirakı və keçirdiyi yüksək səviyyəli görüşlər ölkəmizin daha bir diplomatik uğurudur.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, dövlət başçısının qlobal müstəvidə aktual mövzulara həsr olunmuş tədbirlərdə iştirakı Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir:

“Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransında iştirakı da ölkəmizin artan beynəlxalq nüfuzunun bariz göstəricisidir.

Prezident İlham Əliyev konfrans çərçivəsində bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə mühüm görüşlər keçirdi, regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat dəhlizləri və post-münaqişə dövründə Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı”.

Deputat vurğulayıb ki, Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu təhlükəsizlik platformalarından biridir və burada iştirak, eləcə də keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın qlobal siyasi dialoqun fəal iştirakçısına çevrildiyini göstərir:

“Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol, xüsusilə Avropanın enerji təchizatında artan əhəmiyyəti ölkəmizə marağı daha da yüksəldir. Belə ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması da Münhen platformasında ölkəmizə olan marağı yüksəldən əsas amillərdəndir. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi artıq təkcə region üçün deyil, Avropa məkanı üçün də mühüm aktora çevrilib. Bu kontekstdə aparılan müzakirələr Azərbaycanın uzunmüddətli enerji strategiyasının düzgün qurulduğunu təsdiqləyir”.

Deputat əlavə edib ki, bu cür beynəlxalq platformalarda fəal iştirak ölkəmizin suveren siyasətinin, balanslı və çoxşaxəli diplomatiyasının uğurlu nəticəsidir:

“Prezident İlham Əliyevin apardığı ardıcıl xarici siyasət kursu Azərbaycanın həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti