...

İLHAM ƏLİYEV: PARLAMENT SEÇKİLƏRİ DEMOKRATİK VƏ ŞƏFFAF ŞƏRAİTDƏ KEÇİRİLƏCƏK

Siyasət Materials 18 Avqust 2005 13:15 (UTC +04:00)
İLHAM ƏLİYEV: PARLAMENT SEÇKİLƏRİ DEMOKRATİK VƏ ŞƏFFAF ŞƏRAİTDƏ KEÇİRİLƏCƏK

Azərbaycanda noyabrın 6-da gözlənilən parlament seçkiləri demokratik və şəffaf şəraitdə keçəcək.

Trend in məlumatına görə, bu barədə avqustun 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Heydər Əliyev adına mərkəzi şəhər parkında Qəbələ sakinləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, hökumət nümayəndələri xalqın dəstəyinə arxalanaraq beynəlxalq təşkilatların tələblərinə cavab verən azad və demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradır.

O bildirib ki, seçkiqabağı prosesdə bütün namizədlər üçün bərabər şərait yaradılacaq.

Ölkədə sosial-iqtisadi vəziyyətə gəldikdə, prezident maliyyə vəziyyətinin yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın büdcəsi hər il artır.

Gələn il büdcə vəsaitləri 2,2 mlrd dollardan 3 mlrd dollara qədər artacaq ki, bu da əhalinin rifahına müsbət təsir edəcək.

Dövlət başçısı xatırladıb ki, ölkə iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə inkişaf edir və 2005-ci ilin ilk 6 ayı ərzində ÜDM təxminən 17% artıb.

İ.Əliyev rayonun inkişaf səviyyəsi, görülən abadlıq işləri, yeni müəssisələrin açılmasından razı qaldığını bildirərək əlavə edib ki, 2 ildən də az bir müddət ərzində ölkədə təxminən 260 min iş yeri açılıb.

Dövlət başçısı yerli əhali tərəfindən ona verilən məktublara baxılacağını da bildirib.

Daha sonra dövlət başçısı kərpic-çınqıl zavodunun inzibati binasının təməlinin qoyulması mərasimində iştirak edib, fındıq emalı zavoduna, məscidə, rayonda istehsal olunan mal və xidmətlər sərgisinin keçirildiyi Qəbələ mədəniyyət evinə baş çəkib.

Xəbər lenti

Xəbər lenti