...

SƏFA MİRZƏYEV: SEÇKİ MƏCƏLLƏSİNİN DƏYİŞDİRİLMƏSİ PRİNSİPCƏ MÜMKÜN OLSA DA, LAKİN TƏCRÜBƏ NÖQTEYİ-NƏZƏRİNDƏN BUNU ETMƏK OLMAZ

Siyasət Materials 5 Sentyabr 2005 14:22 (UTC +04:00)

Azərbaycanın seçki məcəlləsinin prinsip etibarilə dəyişdirmək mümkün olsa da, lakin hazırda praktik nöqteyi-nəzərdən bunu etmək olmaz. Trend in məlumatına görə, sentyabrın 5-də Bakıda keçirilən "Seçkilər və Demokratik İnkişaf" konfransında Milli Məclis Aaparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Səsvermə günü nişanlama rəngindən istifadə məsələsinə toxunan S. Mirzəyev bu proseduranı "təhqiredici" adlandırıb.

"Rəngdən istifadə olunmasına ehtiyac yoxdur. Azərbaycanda seçici vəsiqəsinin təqdim olunması təcrübəsindən istifadə edilir. "Bu daha sivil yoldur", - deyə parlament aparatının rəhbəri bildirib. O qeyd edib ki, bu vəsiqə bir seçicinin iki dəfə səsverməsinə imkan vermir.

Xəbər lenti

Xəbər lenti