...

PREZİDENT APARATININ RƏHBƏRİ MÜXALİFƏTİN MİTİNQ KEÇİRMƏSİNƏ EHTİYAC GÖRMÜR

Siyasət Materials 29 Sentyabr 2005 17:57 (UTC +04:00)

"Mən mitinqlərin keçirilməsi üçün əsas görmürəm". Trend in məlumatına görə, bu barədə jurnalistlərə sentyabrın 29-da Azərbaycan prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev radikal müxalifət liderlərinin parparlament seçkiləri ərəfəsində mitinqlərin keçirilməsinin sürətləndirilməsi barədə bəyanatlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, mitinqlərin şüarlarında səslənən bütüq məsələlər - azad və bərabərhüquqlu seçkilərin keçirilməsi, mitinqlərin sərbəst keçirilməsi və s. Azərbaycan hakimiyyəti tərəfindən açsıq şəkildə bəyan edilib. "Ona görə də, mən belə hesab edirəm ki, onlar vaxtlarını mitinqlər keçirməyə sərf etməsinlər, yaxşısı budur, öz namizədlərini təbliğatı işini təşkil etməklə məşğul olsunlar.

Onlar seçiciləri həqiqətən demokrat olduqlarına, həqiqətən Azərbaycanın gələcəyi barədə düşündüklərinə inandırmalıdırlar. Lakin onların bütün fəaliyyəti 1992-93-cü illər səviyyəsindlən uzaqşlaşmadıqlarını, daha doğrusu irəli getmədiklərini göstərir", - deyə R.Mehdiyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti