...

Seçki Monitorinq Mərkəzi ikinci rəyini açıqlayıb

Siyasət Materials 2 Noyabr 2005 14:18 (UTC +04:00)

"Seçki Monitorinq Mərkəzi (SMM) seçkilərə dair seçkiqabağı təşviqat kampaniyasının aparılması mərhələsi üzrə ikinci rəyini açıqlayıb". Trend xəbər verir ki, monitorinq SMM-nin 12 bölgə nümayəndəliyi vasitəsilə əksər seçki dairələrində həyata keçirilib.

SMM-nin ikinci rəyində bildirilib ki, seçkiqabağı təşviqat kampaniyasında sui-istifadə hallarına 12 dəfə yol verilib. Müşahidələr göstərib ki, 21 dəfə seçkiqabağı təşviqatda inzibati resurslardan istifadə olunub, bu proses namizədlər üçün bərabər səviyyədə təmin edilməyib, seçkilərə hakimiyyət orqanları nümayəndələrinin 14 müdaxiləsi qeydə alınıb. SMM-ə Seçki komissiyalarının fəaliyyəti ilə bağlı 17 qanun pozuntusu daxil olub. Namizədlərə isə 28 təzyiq halı qeydə alınıb.

SMM Azərbaycan prezidentinin "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 25 oktyabr 2005-ci il tarixli sərəncamının seçkilərin sonrakı mərhələsinə müsbət təsir göstərə biləcəyi qənaətindədir.

Xəbər lenti

Xəbər lenti