...

Məşvərət Məclisi seçkilərin nəticələri ilə bağlı qərar qəbul edib

Siyasət Materials 21 Noyabr 2005 13:48 (UTC +04:00)

"İqtidaryönlü partiyaların Məşvərət Məclisi 2005-ci il 6 noyabır parlament seçkilərinin nəticələri ilə bağlı qərar qəbul edib". Bu barədə Trend ə adıçəkilən qurumun sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, bəzi qanun pozuntularına baxmayaraq, Məşvərət Məclisi bu seçkilərin demokratik və şəffaf keçdiyi qənaətindədir: "Prezidentin seçkilərlə bağlı imzaladığı məlum 11 may və 25 oktyabr sərəncamları ünvanlarda bu şəffaflığın təmin olunmasına əsas yarıdıb. Seçkilərdən sonra seçkilərə müdaxilə etdiyinə görə bəzi rayonların icra hakimiyyəti başçılarının vəzifələrindən kənarlaşdırılması da qurum tərəfindən yüksək qiymətləndirilib".

Qeyd edək ki, seçkilərin demokratik keçirilməsi ilə bağlı Məşvərət Məclisinin qərarını 10 partiya imzalayıb.

Xəbər lenti

Xəbər lenti