...

İlyas İsmayılov: "Sədrlikdən getməyim barədə nə özümün, nə də partiyanın qərarı var"

Siyasət Materials 25 Noyabr 2005 15:45 (UTC +04:00)

Ədalət Partiyasının sədri İlyas İsmayılov vəzifəsindən istefa verəcəyi barədə yayılmış məlumatları təkzib edib. İlyas İsmayılov Trend ə açıqlamasında bildirib ki, sədrlikdən getməsi barədə nə özünün, nə də partiyanın heç bir qərarı yoxdur.

"Mən sadəcə olaraq seçkidə baş vermiş qanun pozuntularına, bu seçkidə mənə qarşı olan qərəzli münasibətə görə partiyada təklif etdim ki, bu məsələləri müzakirə edək. Dedim ki, əgər partiyanın inkişafı naminə mənim sədrlikdən getməyim lazımdırsa, mən buna da hazıram. Amma mənim bu fikrim sadəcə bir mülahizə idi və partiya üzvləri də bu təklifimlə razılaşmadılar. Amma sədrlikdən istefa məsələsi iclaslarda ümumiyyətlə müzakirəyə belə çıxarılmayıb"-deyə İlyas İsmayılov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti