"Azərbaycan Xalq Cəbhəsi Partiyası (klassiklər) fevrala qədər növbəti qurultayını keçirə bilər". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Mirmahmud Mirəlioğlu bildirib.
M.Mirəlioğlu qeyd edib ki, dekabrın 4-də partiyanın Ali Məclisinin növbəti toplantısı keçiriləcək: "Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, seçkilərin nəticələri müzakirə ediləcək. Partiya qurultayının keçiriləcəyi tarix də toplantıda müəyyənləşə bilər".
Partiya sədri onu da bildirib ki, parlament seçkilərinədək qurultayın keçirilməsi nəzərdə tutulmuşdu: "Lakin məlum səbəblərə görə qurultayı təxirə saldıq. Güman edirəm ki, fevrala qədər qurultayımızı keçirəcəyik. Qurultayın təşkilat komitəsi Ali Məclisin toplantısında bu barədə məlumat verəcək".